"Qəbələ" "Fehervar"a böyük hesabla məğlub oldu

"Qəbələ" "Fehervar"a böyük hesabla məğlub oldu

"Qəbələ" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la (Macarıstan) ilk oyununu keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, "Sosto Arena"da oynanılan görüş Macarıstan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasındakı cavab oyunu 1 həftə sonra Qəbələdə olacaq.

Qeyd edək ki, cavab görüşündən sonra “Qəbələ” ümumi hesabda “Fehervar”dan üstün olsa, növbəti raundda “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə görüşəcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

21:00. "Fehervar" (Macarıstan) - "Qəbələ" (Azərbaycan) - 4:1

Qollar: Rafael Utziq, 16 (0:1), Kenan Kodro, 30 (1:1), Adrian Rus, 67 (2:1), Kenan Kodro, 74 (3:1), Budu Zivzivadze, 90 (4:1)

Qırmızı vərəqə: Murad Musayev, 86 ("Qəbələ")

Hakimlər: Kaspar Syöberq, Maxs Robin Vilde, Andreas Svensson, Qranit Maqedonci (İsveç)

"Sosto Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə