"Mənim üçün hesab hər zaman ikinci planda olub" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Mənim üçün hesab hər zaman ikinci planda olub" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Oyunda çətin məqamları keçmişdik lakin buraxdığımız 2 qol artıq bizim üçün yaxşı olmadı. Futbolçuların ruhdan düşməyib oyuna davam etməsi məni sevindirdi". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlmasında "Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov bildirib.

Baş məşqçi bildirib ki, 2-ci hissədə də ötürülən qol komandaya mənfi təsir etdi: "Təəssüflər olsun ki, bu gün futbolçular fürsətdən istifadə etmədi. Amma mən hər bir halda öz futbolçularımdan razıyam. Bu günkü oyunun dərəcəsinə görə ucuz qollar buraxıldı. Bəzi səhvlər buraxılmasa idi oyin daha yaxşı bitə bilərdi. Düşünürəm ki, bu oyun nəticəsində komdamız yeni bir səviyyəyə yüksəldi. Mən bu gün fərqli bir oyun qura bilərdim. Lakin oyunun əvvəlindən müdafiə istiqamətində qurulmuşdu. Biz növbəti oyuna hazırlaşıb, əlimizdən gələni etməyə çalışacıyıq. Mənim üçün hər zaman hesab ikinci planda olub, əsas məsələ oyunun necə qurulması və aparılmasıdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə