"Biz fantastik futbol oynamadıq. Bu gün bura qələbə qazanmaq üçün gəlmişdik. Biz bu oyun üçün 1 ay hazırlaşmışıq. Hələ ki, yüksək səviyyədə deyilik". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Makkabi" komandasının baş məşqçisi Vladimir İviç bildirib.
Baş məşqçi nəticə etibari ilə bu gün qələbə qazandıqlarını bildirib:" "Zirə"hal-hazırda öz yüksək səviyyəsi deyil. Bildiyiniz kimi mövsumun əvvəlidir. Fikrimcə, keçən il ilə müqayisədə bu il "Zirə" komandasını potensialını müzakirə etmək düzgün olmaz. Bu oyun ilin ilk rəsmi oyunudur. Təbii ki, "Zirə" yaxşı komandadır. Bu qarşılaşmanın ikinci hissəsi olacaq. Çalışacıyıq ki, gələn oyunda daha da yaxşı nəticə əldə edək. Həmçinin bu gün baş verən oyunda bəzi məqamlar var idi ki, onları gələn səfər aradan qaldırmağa çalışacıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB