Britaniyalı ağır çəkili boksçu Tayson Fyuri həmyerlisi Entoni Coşua ilə döyüş şərtini açıqlayıb.
SİA-nın "Lenta.ru"ya istinadən məlumatına görə,Tayson Fyuri yarışın pulsuz keçiriləcəyi təqdirdə Entoni Coşua ilə rinqdə qarşılaşacağını bildirib.
İdmançı bu barədə öz "Twitter" hesabında qeyd edib ki; “Televiziyada pulsuz yayımlanmalıdır və bütün biletlər pulsuz verilməlidir. Britaniyanın bu tarixi döyüşündə heç kimin pul qazanmasına icazə verilməməlidir”, - deyə boksçu paylaşıb.
Tayson Fyuri Dünya Boks Şurasının ağır çəki çempionudur. O, son döyüşdə həmyerlisi Dillian Uayte qalib gəlib, bundan sonra karyerasını başa vurduğunu açıqlayıb. Ümumilikdə Fyurinin 1 heç-heçə ilə 32 qələbəsi (23-ü nokautla) var.
Coşuanın hesabında 24 qələbə və iki məğlubiyyət var. O, Ümumdünya Boks Təşkilatı (WBO), Beynəlxalq Boks Federasiyası (IBF), Beynəlxalq Boks Təşkilatı (IBO) və Dünya Boks Assosiasiyasının (WBA) çempionluq kəmərlərini 2021-ci il sentyabrın 25-də Oleksandr Usyk-ə qarşı itirib.
Xatırladaq ki, Tayson Fyuri və Entoni Coşua avqustun 20-də qarşılaşmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB