Şah və mat: Karlsen oyundan imtina etdi

Şah və mat: Karlsen oyundan imtina etdi

Karlsen Nepomniaxçi ilə şahmat tacı uğrunda görüşdən imtina etmək qərarına gəlib.

SİA-nın "Gazeta.ru"ya istinadən məlumatına görə, şahmat üzrə 16-cı Dünya Çempionu Maqnus Karlsen 2023-cü ilin aprel matçında şahmat tacı uğrunda mübarizə aparmayacağını açıqlayıb. Əvəzində Dinq Liren Namizədlər Turnirinin qalibi Yanq Nepomniaxçiyə qarşı oynayacaq. Eyni zamanda, Maqnus təqaüdə çıxdığını açıqlamayıb, pərəstişkarlarını şahmat taxtına yeni yüksəliş ümidi ilə tərk edib. Buna baxmayaraq, Maqnusa daha çox pul təklif ediləcəyi təqdirdə öz yerini dəyişə biləcəyi istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə