UEFA Avropa Konfrans Liqasındakı təmsilçilərimiz “Neftçi”, “Zirə” və “Qəbələ” bu gün ikinci təsnifat mərhələsində ilk oyunlarını keçirəcək.
SİA-nın AFFA-ya istinadən məlumatına görə, “Zirə” Bakıda İsrailin “Makkabi” (Tel-Əviv), “Neftçi” və “Qəbələ” isə səfərdə müvafiq olaraq, Kiprin “Aris” (Limassol) və Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq. “Aris” - “Neftçi” qarşılaşması CBC Sport, “Zirə” - “Makkabi” oyunu İctimai TV, "Fehervar" - "Qəbələ" görüşü isə CBC İnternational kanalı vasitəsilə canlı yayımlanacaq.
“Zirə” - “Makkabi” (Tel-Əviv, İsrail)
21 iyul. “Dalğa Arena”. Saat 20:00
Baş hakim: Rob Hennessi
Baş hakimin köməkçiləri: Emmett Dynan, Dermot Broughton
Dördüncü hakim: Oliver Moran
(Hakimlər briqadası İrlandiyadandır)
“Fehervar” (Macarıstan) - “Qəbələ”
21 iyul. MOL Arena Şoşto. Saat 21:00
Baş hakim: Kaspar Syöberq
Baş hakimin köməkçiləri: Maks Robin Vilde, Andreas Svensson
Dördüncü hakim: Qranit Maqedonci
(Hakimlər briqadası İsveçdəndir)
“Aris” (Limassol, Kipr) - “Neftçi”
21 iyul. AEK Arena. Saat 21:30
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Qoran Pataki, Luka Payiç
Dördüncü hakim: Dario Bel
(Hakimlər briqadası Xorvatiyadandır)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB