"Barselona" Levandovskiyə 500 milyon avro qiymət qoydu
Gəl apar, ay kasıb...

"Barselona" Robert Levandovskini yeni oyunçusu kimi təqdim edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, mərasim komandanın yeni mövsümə hazırlaşdığı Mayamidə keçirilib. Kataloniya təmsilçisi polşalı hücumçu ilə 4 illik müqavilə imzalayıb. "Barselona" yeni transferinə 500 milyon avro qiymət qoyub.

Qeyd edək ki, klub "Bavariya"dan transfer etdiyi Levandovski üçün 45+5 milyon avro təzminat ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə