UFC 279-a planlaşdırılan ağır çəkidə UFC çempionu Əlcameyn Sterlinq və Ti Cey Dillaşou arasında keçiriləcək döyüş təxirə salınıb. SİA-nın "Sports.ru"ya istinadən məlumatına görə, bundan əvvəl məlum olmuşdu ki, döyüş sentyabrın 10-da Las-Veqasda keçiriləcək.
Titul uğrunda mübarizənin təxirə salınmasına səbəb Sterlinqin qurumla fikir ayrılığı olub. Çempion müqaviləsində bir bənd tələb edir ki, ona əsasən onun baza haqqı hər qələbə ilə artacaq. Buna görə də Sterlinq və Dillaşou oktyabrın 22-də Əbu-Dabidə keçiriləcək UFC 280-də döyüşəcəklər.
UFC 279-un əsas yarışı isə Həmzət Çimayevlə Neyt Diaz arasında orta çəkidə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB