Joze Mourinyo Corcinio Veynaldumun "Roma"ya keçməsini istəyir. SİA-nın "Fanatik"ə istinadən məlumatına görə, İtaliya A Seriyasının komandalarından olan “Roma”nın baş məşqçisi Joze Mourinyo növbəti mövsüm üçün "Paris Saint-Germain"dəki 31 yaşlı hollandiyalı yarımmüdafiəçi Corcinio Veynaldumu öz komandasında görmək istəyir. İddialara görə, təcrübəli futbolçu bu ayın əvvəlində Romaya tövsiyə olunub, Veynaldumun transferini istəyən portuqaliyalı məşqçi isə onun istəyini klub rəhbərliyinə çatdırıb.
Futbolçunu əldən buraxmaq istəməyən portuqaliyalı baş məşqçi Roma rəhbərliyini transferdə hərəkətə keçməyə məcbur edir.
İddialara görə, “Roma” futbolçunu 20 milyon avro almaq opsiyonu ilə heyətinə qata bilər, lakin əsas problem Veynaldumun yüksək maaşıdır.
Xatırladaq ki, Veynaldum bu ayın əvvəlində menecerlər vasitəsilə Roma və Milana təklif olunub. "Roma" futbolçu ilə "Milan"dan daha çox maraqlansa da, Joze Mourinyo hesab edir ki, Veynaldum onun taktiki sistemi üçün çox uyğun olacaq. Veteran futbolçu hazırda PSJ-də ildə 9 milyon avro qazanır. Bununla belə, Fransa komandası transferin razılaşdırılacağı təqdirdə futbolçunun maaşının yarısını ödəməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB