"Bavariya"nın baş məşqçisi Yulian Nagelsmann, Rafinya və Robert Levandovski transferlərini bir müddət əvvəl başa vuran "Barselona" haqqında flaş açıqlamalar verib. SİA-nın "Fanatik"ə istinadan məlumatına görə, İspaniya komandasının həm Rafinya, həm də Robert Levandovski transferlərini tamamlaması "Bavariya"nın baş məşqçisi Yulian Nagelsmannın reaksiyasını çəkib.
Alman məşqçi açıqlamasında "Barselona" dünyada pulu olmayan, lakin istədikləri bütün futbolçuları ala bilən yeganə klubdur. Bunu necə bacardıqlarını bilmirəm. Bir az qəribədir" deyib.
Xatırladaq ki, yayın əvvəlində "Barselona"nın "Milan" və "Çelsi"dən pulsuz olaraq əlavə etdikləri Frank Kessi və Andreas Kristenseni maddi vəziyyətlərinə görə qeydiyyatdan keçirə bilməyəcəyi bildirilirdi. Bu, kluba qənaət edilən hər 4 milyon funt-sterlinq üçün 1 milyon funt-sterlinq xərcləməyə imkan verən LaLiga tənzimləmələri ilə bağlı idi. Lakin sonra “Barselona” “Lids”dən Raphinha və “Bavariya”dan Levandovskini transfer etməyi bacardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB