"Bəzi federasiyalar maarifləndirmə işlərini ləngidir" - RƏHBƏR BİLDİRDİ

"Bəzi federasiyalar maarifləndirmə işlərini ləngidir" - RƏHBƏR BİLDİRDİ

"AMADA sanskiya vermək hüququna malik bir orqandır. Təbii ki, bununla əlaqədar olaraq bir sıra şikayətlər bizə deyilir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AMADA-nın rəhbəri Şəfəq Hüseynli bildirib.

Şəfəq Hüseynli qeyd edib ki, bir sıra idmançılar antidopinq testlərinin onlarda stresə səbəb olduğunu bildirirlər: "Lakin hamı bilməlidir ki, antidopinq artıq idmanın bir hissəsidir. Buna görə də bütün idmançılar antidopinq testlərindən keçməlidirlər. AMADA bütün qaydalara uyğun olaraq fəaliyyət göstərir. Biz hər zaman federasiyalara bildiririk ki, öz idmançılarını maarifləndirmə proqramlarına cəlb etsinlər. Lakin bəzi federasiyalar maarifləndirmə işlərini ləngidir. Bir çox federasiyalar isə bu istiqamətdə tam əməkdaşlıq edirlər".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə