"İdman mətbuatı idmanın ayrılmaz bir hissəsidir" - AMADA-NIN DİREKTORU BİLDİRDİ

"İdman mətbuatı idmanın ayrılmaz bir hissəsidir" - AMADA-NIN DİREKTORU BİLDİRDİ

"Sizi qarşıdan gələn Mətbuat Günü münasibətilə təbrik edirəm. Ümid edirəm bugünkü görüşümüz maraqlı keçəcək". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Antidopinq maarifləndirməsində medianın rolu" adlı mətbuat konfransında AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.
O qeyd edib ki, bütün dünyada Azərbaycan idman ölkəsi kimi tanınır: "Dövlət başçısı İlham Əliyev də hər zaman idmançılarımıza xüsusi diqqət və qayğı göstərir. Milli Mətbuat Günü ərəfəsində keçirilən bu görüşümüz Antidopinq maarifləndirilməsində medianın rolu adlanır. Əsas məqsədimiz sağlam düşüncəyə malik və sağlam bədənə sahib idmançıları yetişdirməkdir. İdman mətbuatı idmanın ayrılmaz bir hissəsidir. Heç şübhəsiz ki, antidopiqdə də medianın bənzərsiz rolu var. İdman mətbuatını antidopinqlə bağlı bir sıra lahiyələrdə bizə yardımçı olmalarına dəvət edirəm".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə