Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
SİA Matç.az-a istinadən xəbər verir ki, Super Liqa nəhəngi “İstanbulspor”un gənc müdafiəçisi Emrecan Uzunhanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün “İstanbulspor”a 2 milyon avro təzminat ödəniləcəyi diqqətə çatdırılıb.
Emrecan Uzunhan “İstanbulspor”un öz yetirməsidir. O, son iki mövsümdə bu klubun əsas komandasında forma geyinib. Geridə qalan mövsümdə 21 oyuna çıxan gənc futbolçu, 1 qol da vurub.
“Beşiktaş” braziliyalı yarımmüdafiəçisi Jozef de Souzanın zədə səbəbindən sıradana çıxdığını da açıqlayıb. Dizindən zədə alan 33 yaşlı futbolçunun iyulun 20-də əməliyyat olunacağı diqqətə çatdırılıb. Bu üzdən Jozefin azı 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur. Bu isə yarımmüdafiəçinin yeni mövsümün startında komandaya kömək edə bilməyəcəyi anlamına gəlir.
De Souza 2020-ci ildən “Beşiktaş”da forma geyinir. Braziliya millisinin sabiq üzvü iki mövsüm ərzində bu komandada 78 oyuna çıxıb, 8 qol vurub. Təcrübəli futbolçu əvvəllər “Əl-Əhli”, “Fənərbaxça”, “San Paulo”, “Qremio”, “Portu” və “Vasko da Qama”da da oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB