Milan polisi fransalı yarımmüdafiəçi Tiemoue Bakayokonun avtomobilini saxlayıb. SİA-nın ANSA-ya istinadən verdiyi məlumata görə, polis futbolçunun avtomobilini yoxlayıb və bunu onunla izah edib ki, şəhərdə qaradərili gənclər arasında atışmadan sonra oriyentasiya alıb və sonra polis maşını saxlayıb.
Avtomobil nəzarət-buraxılış məntəqəsində saxlanılan Bakayoko və başqa bir sərnişin polisin təqdim etdiyi fotoya uyğun gəldikləri üçün saxlanılıblar. Araşdırmalardan sonra onlar sərbəst buraxılıblar.
Bundan əvvəl internetdə ətrafdakıların çəkdiyi video yayılmağa başlayıb ki, bu videoda polis əməkdaşının avtomobilə silah doğrultması əks olunub. Eyni zamanda onun həmkarı idmançını avtomobilinin qapısına söykəyərək onun üstünü axtarıb. Bir müddətdən sonra üçüncü polis onlara yaxınlaşıb və həmkarı ilə nə isə danışıb – bir neçə dəqiqədən sonra axtarış aparan polis çox təəccüblənib, əli ilə Bakayokonun kürəyinə toxunaraq onu sərbəst buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB