UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Sürix” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtında dəyişiklik edilib.
SİA-nın "Qarabağ" FK-ya istinadən məlumatına görə, hər iki komandaların da 18 iyulda baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları belədir:
"Azersun Arena"da "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 18:45-də, media üçün açıq məşq (ilk 15 dəqiqəsi) isə saat 19:00-da baş tutacaq.
Eyni gündə keçiriləcək "Sürix"in baş məşqçisi Franko Fodanın mətbuat konfransı 17:30, media üçün açıq məşq (ilk 15 dəqiqəsi) isə 18:00-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB