"Mançester Yunayted" "Ayaks"dan Lisandro Martinesin transferini rəsmiləşdirib.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Lakin 24 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
"Ayaks"ın mətbuat xidmətindən verilən məlumata görə isə, İngiltərə klubu Martines üçün 57,37+10 milyon avro ödəyəcək.
Xatırladaq ki, Lisandro geridə qalan mövsüm 24 matçda 1 qol vurub və 3 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB