Azərbaycan aykidoçuları ABŞ-ın Birmingem şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış ediblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 100 ölkədən 3 min 600-dən çox atletin qatıldığı yarışda ölkəmizi Fəxri Qafarlı və Çingiz Məmmədov (hər ikisi 3-cü dan qara kəmər sahibi) təmsil ediblər. Dünya Oyunlarına aykidoçularımız AAAKİB-nin də üzvü olduğu Beynəlxalq Aykido Federasiyasının (BAF) dəvəti ilə qatılıblar.
Yarışda təmsilçilərimiz 32 idmançıdan ibarət olan aykido üzrə dünya yığmasının heyətinə daxil olmağı bacarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB