PSJ-dən hücumçu transferi

PSJ heyətinə yeni futbolçu qatıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paris təmsilçisi "Reims"dən Yuqo Ekitiki icarəyə götürüb. 20 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ekitik ötən mövsüm Liqa 1-də 24 matçda 10 qol vurub. 20 yaşlı forvard komandasının bombardiri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə