Cüdoçumuz gümüş medal qazandı

Cüdoçumuz gümüş medal qazandı

Azərbaycan cüdoçusu Səid Mollayi (81 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, həlledici qarşılaşmada fransalı Alfa Umar Calo ilə üz-üzə gəlib. Mollayi rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə