Rafinya rəsmən "Barselona"da

"Lids"İn yarımmüdafiəçisi Rafinyanın "Barselona"ya keçidi rəsmiləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, braziliyalı vinger tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atıb.

İspaniya klubu bu transfer üçün İngiltərə təmsilçisinə 58 milyon avro ödəyib.

Qeyd edək ki, 26 yaşlı oyunçu “Lids”ə 2020-ci ildə “Renn”dən keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə