"Barselona" Dembele ilə razılığa gəldi

"Barselona" Dembele ilə razılığa gəldi

"Barselona" hücumçu Usman Dembele ilə yeni müqavilə imzalamaqla bağlı razılığa gəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta məlumat verib.

Fransalı oyunçu klubda tibbi müayinədən keçib. Onunla 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Dembele "Barselona"ya 2017-ci ilin avqustunda Dortmund "Borussiya"sından keçib. Onun klubla müqaviləsi iyunun 30-u başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə