"Bu nəticəni biabırçılıq adlandırmaq olar"

"Bu nəticəni biabırçılıq adlandırmaq olar"

Polşa "Lex"inin kapitanı Radoslav Muravski Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları cavab oyununu şərh edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, oyundan sonra deyib:

"Biz Bakıya gələndə bilirdik ki, öz ərazisində çox keyfiyyətli komanda ilə qarşılaşacağıq. Ona görə də rəqibin üstünlük təşkil etməsi baxımından bu görüşün ssenarisi proqnozlaşdırılan idi. Bununla belə, ilk dəqiqədə qol vurduq və göstərdik ki, bu oyunda müdafiə olunmaq fikrində deyilik. İkinci hissədə meydanda baş verən hadisələrə nəzarəti itirdik, ötürmələrdə keyfiyyətimiz yox idi, sadə səhvlərə də yol verdik və ən çox bu, bizi məyus edir. Çünki buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi. 1:5 hesablı məğlubiyyəti təəssüf ki, biabırçılıq adlandırmaq olar. Bu bizim başımıza gəlməməli idi".

Bütün xəbərlər Facebook səhifəmizdə