"İnter" Vidalla yolları ayırdı

"İnter" futbolçusu Arturo Vidalla yolları ayırıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, çilili yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Vidal ötən mövsüm "İnter"in heyətində 40 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib.

Xatırladaq ki, 35 yaşlı oyunçunun "Flamenqo" (Braziliya) ilə müqavilə imzalayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə