“İdman hamı üçün” layihəsi çərçivəsində tədbir

“İdman hamı üçün” layihəsi çərçivəsində tədbir

Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Heydər Əliyev adına xatirə parkının ərazisində “Sağlam həyat və Sağlam ailə günü” tədbiri keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, kütləvi idman tədbiri əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğ olunması məqsədilə təşkil olunub.

Tədbirdə musiqi sədaları altında ağır atletika, boks, taekvando, futbol, voleybol, badminton, top atma, uzunluğa tullanma, nişangaha top atma, maneələrin topla keçilməsi, kəndir dartma kimi müxtəlif idman növlərinin və əyləncəli idman oyunlarının nümayişi həyata keçirilib.

İdman oyunlarında peşəkar idmançılarla yanaşı, rayon sakinləri və ailələr iştirak ediblər.

İştirakçılara xüsusi sertifikat təqdim olunub.

Tədbirə müxtəlif yaş qruplarından olan 100-dən çox sakin qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə