Rusiyanın Ukraynaya hücumundan sonra - bu ilin martında "Krasnodar"dan azad agent qimində ayrılan Remi Kabella özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Fransanın "Lill" klubu ilə anlaşıb.
SİA-nın Matc.az-dan əldə etdiyi məlumata görə, 32 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Kabella Rusiya təmsilçisindən gedəndən sonra "Monpelye" ilə anlaşmış, mövsümün sonunadək sözügedən komandanın formasını geyinmişdi. Fransa millisinin sabiq üzvü “Nyukasl”, “Olimpik” (Marsel) və “Sent Etyen”də də çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB