"Mançester Yunayted" alban qapıçı ilə maraqlanır

"Mançester Yunayted" alban qapıçı ilə maraqlanır

"Mançester Yunayted" "Latsio" ilə müqaviləsi başa çatan Tomas Strakoşanı transfer edə bilər.

SİA Qol.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 27 yaşlı qolkiperlə maraqlanır. Bildirilib ki, "Mançester Yunayted" David De Xea üçün əvəzedici axtarır. Çünki komandanın ehtiyat qapıçısı Din Henderson 2022/23 mövsümünü icarə əsasında "Nottinqem Forest"də keçirəcək.

Qeyd edək ki, alban oyunçunun "Latsio" ilə müqaviləsi iyunun 30-u başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə