Fərid Qayıbov Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinlərini qəbul edib - FOTOLAR
Gənclər və idman naziri Fərid Qayıbov iyulun 9-da Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinlərini qəbul edib. SİA-nın verdiyi məlumata görə, qəbuldan öncə Beyləqan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Beyləqan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbulda nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB