"İdmançılar Füzuli hava limanından Şuşaya velosipedlə gedəcəklər" - NAZİR BİLDİRDİ
"Bu gün "Əziz Şuşa" adlı beynəlxalq velosiped turnirin birinci hissəsini yekunlaşdırdıq". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının Prezidenti Mədət Quliyev bildirib.
Onun sözlərinə görə, sabah isə beynəlxalq velosiped turnirinin ikinci hissəsi Zəfər yolunda baş tutacaq: "İdmançılarımız Füzuli hava limanından Şuşayadək velosipedlə gedəcəklər. Hava limanından Şuşaya qədər olan məsafə 71 kilometr təşkil edir. Düşünürəm ki, peşəkar idmançılar üçün Zəfər yolunda velosipedlə yürüş etmək onlara böyük zövq bəxş edəcək. Bundan sonra çalışacayığ ki, belə turnirlər ənənəvi xarakter daşısın".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB