"Velosiped idman növü qapalı şəraitdə deyil məhz açıq şəraitdə həyata keçirilir" - MƏDƏT QULİYEV

"Velosiped idman növü qapalı şəraitdə deyil məhz açıq şəraitdə həyata keçirilir" - MƏDƏT QULİYEV

"Xalqımızın 30 il ərzində əsas arzusu torpaqlarımızın işğaldan azad olunması idi". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respubliasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının Prezidenti Mədət Quliyev bildirib.

O qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti məharətlə davam etdirən möhtərəm Prezident İlham Əliyev sayəsində bu arzumuz artıq gərçəkləşib: "Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərimizdə müxtəlif sahələrdə infrastrukturlar yaradılaraq, böyük qayıdışla bağlı proseslər davam etdirilir. Bütün bunlarla yanaşı həmçinin möhtəşəm Zəfər yolu çəkilib. Velosiped idman növü bildiyiniz kimi qapalı şəraitdə deyil məhz açıq şəraitdə həyata keçirilir.

Sabahda biz güclü idmançılarımızla Zəfər yolunda "Əziz Şuşa" beynəlxalq velosiped turnirinin 2-ci hissəsini həyata keçirdəcəyik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə