AVRO-2023-ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Belarusa yollanıb. Velosiped Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komandamız Minskdə iyulun 16-dək hazırlıq keçəcək.
Voleybolçularımız burada təlim-məşq toplanışı ilə yanaşı, yerli yığma ilə yoldaşlıq görüşlərində gücünü də yoxlayacaq.
Qeyd edək ki, Minsk hazırlığının ardınca Belarus yığması Bakıya səfər edəcək. 2 komandanın paytaxtda birgə məşqi və bir necə yoxlama matçı nəzərdə tutulub.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB