Nərgiz İsmayılova nəzarət kommissiyasının üzvü olacaq

Nərgiz İsmayılova nəzarət kommissiyasının üzvü olacaq

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova 18 yaşadək oğlan voleybolçular arasında keçiriləcək Avropa çempionatının final mərhələsində CEV-in Nəzarət Komissiyasının üzvü olacaq. Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, AVF-in həkimi, Avropa Voleybol Konfederasiyasının Tibb Komissiyasının üzvü Vüsalə Kazımova da analoji yarışa dəvət alıb. O, qonşu ölkədə tibb işinin təşkilinə nəzarət edəcək.

AVRO-2022 iyulun 9-17-də Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. U-18-lərin Avropa çempionatının final mərhələsində Bolqarıstan, Almaniya, Yunanıstan, İtaliya, Polşa, Sloveniya, Belçika, Çexiya, Finlandiya, Fransa, Gürcüstan və Serbiya mübarizə aparacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə