Poqba "Yuventus"a qayıtdı

"Mançester Yunayted"lə müqaviləsi başa çatan Pol Poqba sabiq klubu "Yuventus"a qayıdıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fransalı yarımümdafiəçinin tibbi müayinədən keçmək üçün İtaliyada olduğu vurğulanıb.

29 yaşlı oyunçu ilə sabah müqavilə imzalanacaq.

Qeyd edək ki, Poqba 2012-2016-cı illərdə "Yuventus"da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə