"Atletiko" braziliyalı futbolçu transfer etdi

"Atletiko" braziliyalı futbolçu transfer etdi

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi Portuqaliya "Jil Vesente"sindən Samuel Linonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliyaləı vingerlə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Samuel Lino 2019-cu ilin yayından "Jil Visente"də çıxış edirdi. 22 yaşlı futbolçu son mövsümdə Portuqaliya klubunun heyətində 38 matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə