"Sabah" futbolçusu ilə müqaviləni uzadıb

“Sabah” futbolçusu Ceyhun Nuriyevlə müqavilə müddətini uzadıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, gənc oyunçu paytaxt təmsilçisinin əsas komandasına 2020-ci ildə cəlb olunub. O, "Sabah"ın heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 23 oyun keçirib, 2 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...