Trezeqe "Trabzonspor"da

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi Misir yığmasının və İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçi Mahmud Trezeqeni transfer edib.

Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında 88 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Trezeqe 2019-cu ildən “Aston Villa”da çıxış edirdi. O, ötən mövsümün ikinci dövrəsində Türkiyənin digər klubu “Başakşəhər”də icarədə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə