İddiaçılar turniri: Teymur Rəcəbov son turda qələbə qazanıb

İddiaçılar turniri: Teymur Rəcəbov son turda qələbə qazanıb

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 14-cü turun oyunları keçirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov son turda macarıstanlı Riçard Rapportu məğlub edib. Bununla da şahmatçımız xalların sayını 7,5-ə çatdırıb.

Qeyd edək ki, yarışın başa çatmasına bir tur qalmış 9 xal toplayan Yan Nepomnyaşi (FIDE) iddiaçılar turnirinin qalibi olub.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə