Jurnalistlər arasında şahmat turniri keçiriləcək

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı və “Azərloteraya”nın baş sponsorluğu ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat yarışının açılış mərasimi keçiriləcək. Tədbirdə rəsmi şəxslər, siyasətçilər və digər tanınmış qonaqlar iştirak edəcək. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 4-də Gənclik Mall-da yerləşən Cinema Plusda baş tutacaq açılış mərasimindən sonra yarışda püşkatma keçiriləcək, iştirakçılara qaydalar barədə məlumat veriləcək. Çempionatın qalibləri 22 iyul Milli Mətbuat Günü ərəfəsində mükafatlandırılacaq.

İlk üç yeri tutacaq komandaların hər bir üzvünə pul mükafatı, sponsorlardan qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Eyni zamanda bağlanış mərasimində Təşkilat Komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edəcək.

Jurnalistlər arasında şahmat çempionatı ilk dəfə olaraq komanda şəklində baş tutacaq. İki nəfərdən ibarət olacaq komandalar püşk nəticəsində müəyyənləşəcək.Turnirin yarış günləri 9 və 16 iyulda təşkil olunacaq.

Qeyd edək ki, jurnalistlər arasında şahmat çempionatı “Azərloteraya”nın baş sponsorluğu, "Coca Cola", yapon saatı markası "CASIO Edifice", "Cinema Plus"un sponsorluğu, "Azerçay" və "Cofe Enjoy"un tərəfdaşlığı ilə keçiriləcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...