İddiaçılar turniri: Teymur Rəcəbov Liren Dinqi məğlub edib

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 12-ci turun oyunları keçirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinqi məğlub edib.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 6 xal toplayıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə