"Marsel" klubu baş məşqçisi ilə yollarını ayırıb

Fransanın "Marsel" klubu baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb. SİA Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Mətbuatda yer alan xəbərə görə, argentinalı baş məşqçi "Marsel"in transfer siyasətindən narazı qalıb.

Qeyd edək ki, Xorxe Sampaoli 2021-ci ilin fevralından komandaya rəhbərlik edib. "Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ən iki oyununda "Qarabağ"a qalib gəlib - 3:1;3:0.

Bütün xəbərlər Facebook səhifəmizdə