AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb. SİA xəbər verir ki, o, Slovakiyada Bratislava "Slovan"ı ilə Gürcüstanın "Dinamo" (Batumi) komandası arasında keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununun UEFA nümayəndəsi olacaq.

Görüş iyulun 6-da gerçəkləşəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...