"Monako" "Liverpul"un hücumçusu Takumi Minaminonu transfer edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə knyazlıq təmsilçisinin saytı məlumat yayıb. Yapon futbolçu ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.

Xatırladaq ki, Minamino 2020-ci ildən "Liverpul"da çıxış edirdi. 27 yaşlı oyunçu 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasında 11 matçda iştirak edib və 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...