“Barselona” keçmişdə qalıb”

“Barselona”nın sabiq baş məşqçisi Ronald Kuman komandanın hazırkı oyununu tənqid edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis “Esport3”ə açıqlamasında Kataloniya klubunun oyun sistemi baxımından keçmişdə qaldığını deyib:

"Oyuna diqtə etməyin tərəfdarıyam. Üç stoper və beş müdafiəçi ilə oynayırsansa, bunun müdafiə sistemi olduğunu demək olmaz. Bu sistemlə üç-dörd ay ərzində son illərin ən yaxşı oyunlarını göstərdik. Ən bariz nümunə "Atletik"lə oyunumuz idi.
İndiki "Barselona” keçmişlə yaşayır. 4-3-3-dən tiki-takaya qədər hamısı keçmişdə qalıb. Futbol dəyişib, indi daha sürətli oyuna və fiziki gücə əsaslanır. Keçmişlə yaşaya bilməzsən".

Qeyd edək ki, Ronald Kuman “Barselona”nı 2020-2021 mövsümündə çalışdırıb. Ötən ilin yayında istefaya göndərilən mütəxəssisi komandanın digər sabiq oyunçusu Xavi Ernandes əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə