Rəcəbovdan ilk qələbə

İspaniyanın paytaxtı Madriddə təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində 9-cu tur matçları keçirilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Görüş 41-ci gedişdə şahmatçımızın qələbəsi ilə yekunlaşıb. Bu, Teymurun turnirdəki ilk qələbəsi olub.

Qeyd edək ki, 6 heç-heçə edən və 1 qələbə qazanan T.Rəcəbovun 4 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə