“Britaniya Kiyevə yardımı dayandırarsa istefa verəcəm”

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, “Böyük yeddilik” ölkələri Rusiyanın enerji daşıyıcılarının “partiyasının” bitdiyini aydın başa düşürlər. O qeyd edib ki, ABŞ, Böyük Britaniya və təşkilatın digər ölkələri yeni reallıqlara uyğunlaşmalı olacaqlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” yazır.

Boris Conson əmindir ki, qısa müddətdə Rusiya nefti və qazı başqa mənbələrdən, təbii ki, OPEK ölkələrindən olan resurslarla əvəz oluna bilər. Consona görə, buna baxmayaraq, gələcəkdə bunn üzərində də işləmək lazım gələcək.

Siyasətçi bildirib ki, Böyük Britaniya planlaşdırıldığı kimi, külək enerjisini aktiv şəkildə inkişaf etdirəcək. Bundan əlavə, ingilislər ildə bir nüvə reaktoru tikəcəklər. Halbuki, böhrandan əvvəl onları hər 10 ildən bir yeni nüvə reaktoru yaratmaq niyyətində idilər.

Xatırladaq ki, Conson daha əvvəl də Britaniyanın iqtisadi böhrana görə Kiyevə yardımı dayandıracağı təqdirdə istefa verəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə