Dembele "Çelsi" ilə razılaşmadı

"Çelsi" ilə danışıq aparan "Barselona"nın futbolçusu Usman Dembelenin London klubuna keçidi çətin görünür.

SİA Qol.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi "zadəganlar"ın təklif etdiyi məbləğlə razılaşmır.

"Çelsi" futbolçuya "Barselona"nın təklif etdiyindən daha çox məbləğ verməyə hazır olsa da, bu, fransızı qane etmir.

Hazırda həm "Barselona", həm də "Çeli" yeni mövsümün hazırlığını planlaşdırdıqları üçün Dembeledən ən qısa zamanda cavab gözləyirlər.

Qeyd edək ki, Dembele ötən mövsüm La Liqada 20 matçda 1 qol vurub, 13 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə