“Qalatasaray”da yeni futbolçu

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA Matç.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Konyaspor”dan Abdülkerim Bardakcını transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

“Qalatasaray” bu transfer üçün “Konyaspor”a 2.8 milyon avro ödəyəcək.

Geridə qalan mövsümdə Konya təmsilçisinin heyətində Super Liqada 33 matça çıxan mərkəz müdafiəçisi, bu görüşlərdə 5 qol da vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...