"Qəbələ" və "Neftçi"nin rəqibləri bir-biri ilə görüşəcək

"Qəbələ" və "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri olan Macarıstan "Fehervar"ı ilə Kipr "Aris"i arasında yoxlama görüşü keçiriləcək. SİA-nın "Fehervar"ın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma iyunun 10-da Avstriyanın Loypersdorf şəhərində oynanılacaq. Bakı vaxtı ilə saat 19:30-da başlanacaq matç hər iki komandanın təlim-məşq toplanışına təsadüf edəcək.

Macarıstan təmsilçisinin digər rəqibləri isə Türkiyənin "Fənərbağça" və "Qalatasaray" komandaları olacaq. Oyunlar müvafiq olaraq, 6 iyul saat 20:30-da və 13 iyul saat 21:00-da başlanacaq.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyununu iyulun 21-də evdə, "Neftçi" isə "Aris"lə start qarşılaşmasını həmin gün səfərdə keçirəcək. Cavab görüşləri isə 28 iyulda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...