Teymur Rəcəbov bu gün ABŞ-ın daha bir şahmatçısı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün VII tur matçını keçirəcək. SİA-nın məlumatına görə, 35 yaşlı qrossmeyster qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. Hazırda o, Liren və Duda ilə birlikdə hərəyə 2,5 xalla 5 - 7-ci yerləri bölüşdürür. Turnir cədvəlinə Nepomnyaşi 4,5 xalla başçılıq edir. Karuana 4 xalla 2-ci yerdə qərarlaşıb. Hərəyə 3 xala malik Rapport və Nakamura isə 3-4-cü yerləri bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə