Avropa birinciliyi: Cüdo komandamız liderliyini davam etdirir

Xorvatiyada cüdo üzrə Avropa birinciliyi davam edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın ikinci günündə qızlar arasında Fidan Əlizadə (57 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu adına layiq görülüb. Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Əli Hacızadə (73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatının birinci günündə cüdoçularımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal əldə ediblər. Qızıl medalları komandamızın aktivinə Şahin Orucov (55 kq) və Nizami İmranov (60 kq) yazdırıblar. Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) bürünc medala sahib olublar.

Beləliklə, iki günün nəticələrinə görə, komandamız 3 qızıl, 1 gümüş 4 bürünc medalla ümumi hesabda liderliyini davam etdirir.

İyunun 25-dək davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...