"İslam Həmrəylik Oyunları Konyada keçiriləcək" - NAZİR MÜAVİNİ AÇIQLADI

"2018-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman nazirlərinin toplantısı keçirilmişdir. Bu toplantıda konfranslararası xüsusi komissiyanın təşkil edilməsi barədə qərar qəbul olunmuşdu". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev bildirib.

Nazir müavini bildirib ki, bu gün biz İslam Əməkdaşlıq Gənclər Formunun 3-cü iclasındayıq: "2018-ci ildən etibarən Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman nazirlərinin toplantısına sədirlik edir. Növbəti toplantı isə Səudiyyə Ərəbistanında keçiriləcək. Bugünkü toplantıda növbəti konfransın proqramı müzakirə olunacaq. Bununla yanaşı Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik oyunları barədə də müəyyən fikir mübadiləsi aparılacaq. Bu ilki İslam Həmrəylik Oyunları Türkiyənin Konya şəhərində keçiriləcək. Təbii ki, bununla bağlı da müzakirələr olunacaq. Cənab nazirin iclas əsnasında qeyd etdiyi kimi dünyada yaşayan gənclərin 27 faizini məhz İslam ölkələrində yaşayan gənclər təşkil edir. Onların da qarşılaşdığı problemlər var ki, bu barədə də iclasda danışılacaq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə